2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 20 milyon 632,4 min ton neft hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 6,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-iyul aylarında əmtəəlik neft hasilatı 6,5% - 20 milyon 540 min tonadək azalıb.
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 22 milyard 246,4 milyon kubmetr qaz (artım 9,5%) hasil edilib. Əmtəəlik qaz hasilatı 15 milyard 897,7 milyon kubmetr (artım 13,3%) həcmində olub.*
B.Rüstəmbəyov