Azərbaycanda koronavirus infeksiyasına daha 89 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 207 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 34,107 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31,697 min nəfər müalicə olunaraq sağalıb, 506 nəfər vəfat edib.
“1,904 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,041 min, hazırkı dövrədək isə 826,043 min test aparılıb.*
Ə.Məmmədov