2019-cu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin kəsiri 182,4 mln. manat. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 13 mlrd. 960,2 mln. manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 11,4%), xərcləri 14 mlrd. 142,6 mln. manat (artım 7,9%) təşkil edib.
Yanvar-iyul aylarında Azərbaycan üzrə ÜDM-nin nominal həcmi 40 mlrd. 8,5 mln. manat təşkil edib. Beləliklə, bu dövr ərzində dövlət büdcəsinin kəsiri ÜDM-in 0,46%-ni təşkil edib.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 mlrd. 124 mln. manat, xərcləri üzrə 27 mlrd. 492,2 mln. manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 3 mlrd. 368,2 mln. manat və ya ÜDM-nin 4,9%-i səviyyəsində proqnozlaşdırılır.**
Ə.Məmmədov