2020-ci ilin birinci yarısında Azərbaycana 358,6 min ton buğda idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 37,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $78 milyon 389,3 min (azalma 39,8%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $54 milyon 640,8 min dəyərində (artım 0,2%) 160 min ton şəkər xammalı və şəkər (artım 11%), $62 milyon 647,7 min dəyərində (artım 26%) 71,879 min ton bitki yağı (artım 10,1%), $27 milyon 482,2 min dəyərində (artım 14,5%) 6,853 min ton çay (artım 10%), $43 milyon 599,7 min dəyərində (artım 33,9%) 8,779 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 34,5%) idxal edilib.
Bu dövrdə respublikaya $21 milyon 436,1 min dəyərində (artım 1,6 dəfə) 5,645 min ton iribuynuzlu heyvan əti (artım 29,4%), $22 milyon 2,9 min dəyərində (artım 7,8%) 17,168 min ton quş əti və quş əti məhsulları (artım 2,1%) idxal edilib.
Yanvar-iyun aylarında Azərbaycana $66 milyon 186,8 min dəyərində (artım 7,2%) 72,743 min ton meyvə (artım 15%), $10 milyon 459,2 min dəyərində (artım 28,7%) 20,093 min ton tərəvəz (artım 26.4%), $24 milyon 744 min dəyərində (artım 3,7%) 90,673 min ton kartof (azalma 0,8%) idxal edilib.
Hesabat aylarında ölkədən $174 milyon 359 min dəyərində (artım 13,8%) 170,9 min ton tərəvəz (azalma 4,3%), $118 milyon 472,7 min dəyərində (azalma 13,3%) 73,505 min ton meyvə (azalma 24,5%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $7 milyon 683,1 min dəyərində (azalma 41,3%) 18,86 min ton şəkər (azalma 25,9%), $5 milyon 291,4 min dəyərində (artım 1,7 dəfə) 5,88 min ton bitki yağı (artım 1,8 dəfə) ixrac edilib.
Cari ilin yanvar-my ayında Azərbaycan $8,6 milyon dəyərində (аrtım 36,:%) 5,839 min ton meyvə və tərəvəz şirələri (artım 3,8%), $1 milyon 550 min dəyərində (azalma 48,3%) 110,6 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 52,2%), $4 milyon 237,8 min dəyərində (аrtım 0,6%) 3,199 min ton meyvə və tərəvəz konservləri (azalma 0,8%), $5 milyon 41 min dəyərində (azalma 21,8%) 2,187 ton tütün (azalma 25,9%) ixrac edib.**
B.Rüstəmbəyov