Xəzər donanmasına məxsus olan hərbi gəmilər “Dəniz kuboku-2020” müsabiqəsində iştirak məqsədilə Azərbaycan paytaxtına gəlib. Bu barədə RF Müdafiə Nazirliyi məlumat verir.
“Maxaçkala” və “Həştərxan” kiçik artilleriya gəmiləri, həmçinin “SB-738” yedək gəmisi “Dəniz kuboku-2020” beynəlxalq müsabiqəsində iştirak məqsədilə Azərbaycanın paytaxtı Bakı şəhərinə gəlib”, - nazirlikdən qeyd olunub
Yarışlarda Rusiyanı “Maxaçkala” gəmisi təmsil edəcək.
“Dəniz kuboku-2020” beynəlxalq müsabiqəsi avqustun 24-dən etibarən Azərbaycan HDQ-nin “Puta” hərbi dəniz bazasında keçiriləcək. **