Azərbaycanda koronavirus infeksiyasına daha 124 yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
“Eyni zamanda, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb”, - deyə məlumatda bildirilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 34,343 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32,042 min nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib.
“1,793 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5,153 min, hazırkı dövrədək isə 836,908 min test aparılıb.**
B.Rüstəmbəyov