Azərbaycan tankçıları avqustun 23-də “Tank biatlonu” müsabiqəsinin ilk günündə çıxış edəcəklər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2020” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 23-də yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Çin, Belarus və Serbiyadan olan tank heyətləri ilə yarışacaq”, - nazirlikdən qeyd olunur.
Bildirilir ki, püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.
Ötən il 23 komanda arasında keçirilən müsabiqənin nəticələri üzrə Azərbaycan hərbçiləri 4-cü yeri tutublar. **