Azərbaycan prezidenti İlham Əliyev Zaqatala rayonunda 18 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,26 milyon manat ayırmağı tapşırıb.
Bu addım Zaqatala rayonunun əhalisi 62916 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilir.
Vəsait “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
İ.Əliyev çərşənbə günü müvafiq sərəncam imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov