2020-ci ilin birinci yarısında Azərbaycana 172,6 min ton mineral gübrə idxal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 3,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $48 milyon 819,7 min (azalma 18,9%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $2 milyon 764 min dəyərində (azalma 62,2%) 15 min 89 ton (azalma 92,1%) sement və sement klinkeri idxal edilib.
Hesabat dövründə respublikaya $20 milyon 328,1 min dəyərində (azalma 22,1%) 19 min 83,7 ton (azalma 14,8%) polietilen idxal edilib.
6 ay ərzində Azərbaycana $124 milyon 350,3 min dəyərində 161,7 min ton metalyayma məhsulu (artım 10,5%), $61 milyon 303,3 min dəyərində 113,1 min ton qara metaldan hazırlanan çubuqlar (artım 1,7 dəfə), $12 milyon 617,8 min dəyərində 16 min 628,8 ton qara metaldan hazırlanan günyə (azalma 7%), $125 milyon 655,3 min dəyərində (azalma 0,1%) 77,341 min ton qara metaldan hazırlanan boru (azalma 13,5%) idxal edilib.**
B.Rüstəmbəyov