Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir. Bu barədə yerli mətbuat məlumat verir.
İlkin məlumata əsasən, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, həmçinin beş vəzifəli şəxs saxlanılıb.
KİV-in məlumatına görə, vəzifəli şəxslər rüşvətxorluq, dövlət əmlakının mənimsənilməsi və səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.
Baş Prokurorluğun məlumatına əsasən, əməliyyatın keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. **
X.Nəsirzadə