Çərşənbə axşamı 400 Azərbaycan vətəndaşı Dağıstan sərhədindən keçərək vətənə qayıdıb. Bu barədə Dağıstan mətbuatı məlumat verir.
“Avqustun 18-də Dərbənd və Məhərrəmkənd rayonlarının sərhədində müvəqqəti saxlanma məntəqəsində qalan daha 400 Azərbaycan vətəndaşı Dağıstanda dövlət sərhədindən xüsusi dəhliz vasitəsilə vətənə qayıdıb”, - məlumatda qeyd olunur.
Bildirilir ki, Azərbaycan vətəndaşlarının vətənə qayıtması üzrə növbəti reyslərin hər çərşənbə axşamı həyata keçirilməsi planlaşdırılır. **
X.Nəsirzadə