Azərbaycanda ötən gün ərzində daha 146 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxanların ümumi sayı 34,62 minə çatıb. Bu barədə çərşənbə günü Operativ Qərargahdan məlumat verilib.
Məlumata əsasən, sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Azərbaycanda bu infeksiyadan vəfat edənlərin ümumi sayı isə 510 nəfərə çatıb. Koronavirus infeksiyasından sağalanaların sayı isə 32,363 min nəfərə çatıb.
Qərargahdan məlumat verilib ki, hazırda 1,747 min nəfər xüsusi rejimli xəstəxanalarda müalicə alır.
Azərbaycanda ötən sutka ərzində tibb işçiləri tərəfindən 6,359 min test aparılıb. Ötən müddət ərzində isə ölkədə 849,628 min test aparılıb. **
B.Rüstəmbəyov