Prezident İlham Əliyev bu gün Ceyhun Cəfərovun Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bu gün Binəqədi Rayon Məhkəməsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin avqustun 19-da Kürdəmirdə keçirdiyi əməliyyat zamanı saxlanılan icra başçısı C.Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilib.
İcra başçısısı ilə yanaşı, onun birinci müavini Tacəddin Novruzov, Ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslər də məsuliyyətə cəlb olunub.*
X.Nəsirzadə