Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası fondun 2020-ci il büdcəsinə dəyişikliyi nəzərdə tutan layihəni məqsədəmüvafiq hesab edib və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda qərar qəbul edib.
Bu gün baş nazir Əli Əsədovun sədrliyi ilə Şuranın video formatda növbəti iclası keçirilib.
Həmçinin iclasda yeni çağırışlar fonunda ARDNF-in uzunmüddətli dayanıqlığı məsələləri də müzakirə olunub.
ARDNF prezident Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun Əsasnaməsi 2000-ci il dekabrın 29-da təsdiq edilib. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
B.Rüstəmbəyov