Bakı Nəqliyyat Agentliyi qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının alınması və quraşdırılmasına 6 milyon manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, BNA “SİNAM” MMC ilə müvafiq müqavilə imzalayıb. Müqavilənin dəyəri – 6 milyon 66,848 min manatdır.
Müqavilə Bakı şəhərində qanunsuz parklama hallarının qarşısının alınması məqsədilə müşahidə kameralarının və dirəklərin alınması, quraşdırılması, sazlanması, Sistemə qoşulmasının təmin edilməsi və 2 illik texniki xidmətin həyata keçirilməsini nəzərdə tutur.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
B.Rüstəmbəyov