“Qobu” Elektrik Stansiyası 2022-ci ilin əvvəlində tam istifadəyə veriləcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu gün “Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində stansiya tam istifadəyə veriləcək”, - Əliyev cümə günü 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyarkən bildirib.
Həmçinin,dövlət başçısı qeyd edib ki, son iki il ərzində itirilmiş generasiya gücləri mövcud stansiyalarda bərpa ediliB.
“Son iki il ərzində 1,3 min meqavat itirilmiş generasiya gücləri mövcud stansiyalarda bərpa edilib. Ən böyük işlər Mingəçevir İstilik Elektrik Stansiyasında görülmüşdür. Orada 600 meqavat generasiya gücü bərpa edildi və bu gün 2,4 min meqavat gücündə tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir”, - prezident qeyd edib.
“Bu stansiyanın ömrü uzadıldı və bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcək”, - Əliyev bildirib. **
B.Rüstəmbəyov