Qırğızıstan 31 ölkənin vətəndaşlarına girişə icazə verib. Bu barədə cümə günü respublikanın koronavirus infeksiyası ilə mübarizə üzrə qərargahı məlumat verib.
“Siyahıya koronavirus İnfeksiyası ilə yoluxmada azalma və epidemioloji vəziyyətin stabilləşməsi müşahidə olunan xarici dövlət daxil edilib”, - qərargahdan bildirilir.
Məlumata görə, Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Türkmənistan, Belçika, Avstriya, Böyük Britaniya, Almaniya, İrlandiya, İslandiya, İtaliya, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Portuqaliya, Türkiyə, İsveçrə, İsveç, Qətər, BƏƏ, Çin, Malayziya, Cənubi Koreya, Pakistan, Küveyt və Yaponiya vətəndaşlarının Qırğızıstana girişinə icazə verilib. **