Azərbaycanda karantin tədbirlərinin yumşaldılmasından sonra COVİD-19 koronavirus infeksiyası ilə əlaqədar vəziyyət nəzarət altındadır. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
“Azərbaycanda karantin tədbirlərinin yumşaldılması mərhələli şəkildə həyata keçirilir. Karantin tədbirlərinin yumşaldılması ilə koronavirus infeksiyasına yoluxma faktlarının artımına baxmayaraq, bütövlükdə vəziyyət nəzarət altındadır. Bu günə karantin rejiminin sərləşdirilməsi ilə bağlı qərarın qəbulu üçün ciddi dəyişikliklər yoxdur. Bizim məqsədimiz sanitar-epidemioloji vəziyyətə nəzarət etməkdir”, - Qarayeva cümə günü Operativ Qərargahın brifinqində bildirib.
Lakin, onun sözlərinə görə, hazırda yoluxma sayının artım tendensiyası müşahidə olunur, “kiçik olsa belə artım var”.
“Bununla əlaqədar nəzərdə tutulan növbəti yumşaldlmaların məqsədəuyğunluğuna dair müzakirələr aparılır”, - Qarayeva bildirib. **
B.Rüstəmbəyov