Azərbaycanda ötən gün ərzində daha 169 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxanların ümumi sayı 35,74 minə çatıb. Bu barədə cümə günü Operativ Qərargahdan məlumat verilib.
Məlumata əsasən, sutka ərzində COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Azərbaycanda bu infeksiyadan vəfat edənlərin ümumi sayı isə 518 nəfərə çatıb.
Koronavirus infeksiyasından sağalanaların sayı isə 32,993 min nəfərə çatıb.
Hazırda 1,763 min nəfər xüsusi rejimli xəstəxanalarda müalicə alır.
Azərbaycanda ötən sutka ərzində tibb işçiləri tərəfindən 5,432 min test aparılıb. Ötən müddət ərzində isə ölkədə 873 min 777 test aparılıb. **
N.Abbasova