2020-ci ilin I yarısında Azərbaycana ətir və tualet suyu idxalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində 14,9% artıb, dəyər ifadəsində 10,4% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövründə ölkəyə gətirilən ətir və tualet suyunun ümumi çəkisi 719,19 ton, dəyəri $7 milyon 930,33 min təşkil edib”, - deyə məlumatda bildirilir.
Cari ilin yanvar-iyun aylarında Fransadan $2 milyon 576,69 min dəyərində 33,43 ton (miqdar ifadəsində azalma 18,6%, dəyər ifadəsində azalma 26,4%) ətir və tualet suyu idxal edilib.
Bundan başqa, iri tədarükçülər sırasına Rusiya ($1 milyon 78,55 min dəyərində 159,57 ton), İspaniya ($587,91 min dəyərində 17,77 ton), Çin ($582,69 min dəyərində 260,7 ton), İtaliya ($665,22 min dəyərində 10,27 ton), Türkiyə ($699,45 min dəyərində 105,31 ton), Polşa ($679,16 min dəyərində 59,4 ton), BƏƏ ($344,16 min dəyərində 27,8 ton) və Böyük Britaniya ($290,93 min dəyərində 2,13 ton) daxildir.
Digər tədarükçülərin siyahısına Belarus, Ukrayna, Almaniya, ABŞ, Bəhreyn, Çexiya, Avstriya, Hindistan, İran və İsveç də daxil olub.
2019-cu ildə Azərbaycana $18 milyon 849,54 min dəyərində 1 min 636,91 ton, o cümlədən Fransadan $7 milyon 99,47 min dəyərində 95,93 ton ətir və tualet suyu idxal edilib.*
N.Abbasova