Gilan Holding 2021-ci ilin birinci rübündə Dənizkənarı bulvarda Crescent Hotel Baku otelinin tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə "TOPHOTELNEWS" portalı məlumat verir.
Məlumata əsasən, 6 ulduzlu 360 nömrəlik otel bir neçə binadan ibarət aypara şəklində "The Crescent" kompleksinin bir hissəsi olacaq.
"The Crescent" layihəsi Koreyanın Heerim Architects and Planners şirkəti tərəfindən tərtib olunub. Mehmanxana elementi 360 nömrəlik Crescent Hotel Baku adlı otelin yaradılmasını nəzərdə tutur. Otelin tikintisinin 2021-ci ilin birinci rübündə başa çatdırılması planlaşdırılır”, - nəşr qeyd edir.
Həmçinin, kompleksə yaşayış evləri, əyləncə, ticarət və ofis məkanları daxil olacaq. Otelə yaxın olacaq ofis qülləsi "Crescent City", ticarət-əyləncə kompleksi ilə yaşayış qüllləsi -"Crescent Place" adlanacaq.
"Gilan Holding"in saytındakı məlumata əsasən, kompleksin ümumi sahəsi 141 min 455,26 kvadratmetr təşkil edəcək. Burada restoranlar, rəqs zalı, iki basseyn, biznes mərkəzi, spa mərkəzi, fitnes mərkəzi və s. yerləəcək. ,
1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq” qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün irimiqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların daxili və xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qruplarından biridir. Holdinqin törəmə strukturları kənd təsərrüfatı, tikinti, maliyyə və digər sahələrdə fəaliyyət göstərir.**
Ə.Məmmədov