Dövlət Sosial Müdafiə Fondu server avadanlıqlarına və həyata keçirilən elektron xidmətlərə 1,3 milyon manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, DSMF "AİSTGROUP" MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin şərtlərinə əsasən, "AİSTGROUP" Fondun server avadanlıqlarına, Fond tərəfindən həyata keçirilən elektron xidmətlərə, informasiya ehtiyatlarına və sistemlərinə dəstək göstərilməsi xidmətlərini yerinə yetirəcək.
Müqavilənin dəyəri – 1 milyon 302,72 min manatdır. **
B.Rüstəmbəyov