Azərbaycan prezidenti İlham Əliyev əmindir ki, avqustun 26-da Moskvada Azərbaycan və Rusiya XİN başçıları arasında aparılacaq müzakirələrin faydalı olacağına əmindir.
“Yaxın günlərdə Rusiya prezidenti Vladimir Putin ilə telefon söhbətimiz olub. Söhbət zamanı biz regional təhlükəsizliklə, regional problemlərlə bağlı məsələləri müzakirə etdik. Sabah Azərbaycanın xarici işlər nazirinin Rusiya Federasiyasına rəsmi səfəri başlanır. Əminəm ki, xarici siyasət idarələrinin rəhbərləri arasında aparılacaq müzakirələr faydalı olacaq. Onlar münasibətlərimizdə yaranmış dinamikanı, habelə əlaqələrimizin inkişaf perspektivlərini müzakirə edəcəklər. Bir sözlə, dialoq gedir və şadam ki, siz yenə bizə gəlmisiniz”, - Əliyev bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqunu Bakıda qəbul edərkən bildirib.
Öz növbəsində, Şoyqu qeyd edib ki, Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir.
“Bütün dünyanı bürümüş pandemiya təəssüf ki, bizim əməkdaşlıq planlarımıza da təsir göstərir. Lakin mən əminəm ki, bu gün mənim həmkarım, Azərbaycanın müdafiə naziri ilə pandemiya ucbatından gerçəkləşdirə bilmədiyimiz məsələlərin əvəzini necə çıxmağı və bu gün mövcud olan qrafikə və rejimə necə daxil olmağı müzakirə edəcəyik”, - Şoyqu bildirib. **
B.Rüstəmbəyov