24 avqust tarixinə "Atabank" ASC, "Amrahbank" ASC, "NBC Bank" ASC və "AGBank" ASC-nin əmanətçilərinə 479,681 milyon manat kompensasiya ödənilib. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
«По данным на 24 августа 2020 года ADIF осуществил выплату компенсаций 20,36 тыс. вкладчикам AtaBank, Amrahbank, NBC Bank и AGBank по застрахованным вкладам в размере 479,681 млн манатов», - отмечается в сообщении.
“Avqustun 24-nə ADIF “AtaBank”, “Amrahbank”, “NBC Bank” və “AGBank” ASC-lərin 20,36 min əmanətçisinə 479,681 milyon manat kompensasiya ödəyib”, - məlumatda bildirilir.
ADIF-in məlumatına görə, “Atabank” ASC-nin 8,399 min əmanətçisinə 192,263 milyon manat, “Amrahbank” ASC-nin 5,27 min əmanətçisinə 126,978 milyon manat, “AGBank” ASC-nin 3,222 min əmanətçisinə 57,568 milyon manat, “NBC Bank” ASC-nin 3,469 min əmanətçisinə 102,872 milyon manat kompensasiya ödənilib.
Ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
Xəbər verildiyi kimi, aprel-may aylarında AMB kapital problemi ilə üzləşmiş və ödəmə qabiliyyəti aşağı olan 4 bankın – “AtaBank”, “Amrahbank”, “AGBank” və “NBCBank”ın lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edib. Bu banklar müflis elan edilib və onların ləğv edilməsi prosesi başlayıb. Bankların ləğvedicisi ADIF-dir.**
Ə..Məmmədov