Rusiya və Azərbaycan cari və ya gələn il koronavirus pandemiyasına görə azalan əməkdaşlıq templərinin əvvəlki səviyyəsinə çatacaq. Bu barədə Rusiyanın müdafiə naziri general Sergey Şoyqu Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüş zamanı məlumat verib.
“Pandemiya səbəbindən hərbi əməkdaşlıqla bağlı üfüqlərimiz daralıb, lakin mən tamamilə əminəm ki, biz bu gün (bu vəziyyəti) müzakirə edərək ötən dövr ərzində əldən verdiklərimizin yerini doldurmaq üçün cari il də olmasa, gələn il əlimizdən gələni edəcəyik”, - Şoyqu qeyd edib.
O bildirib ki, pandemiyaya baxmayaraq, azərbaycanlı mütəxəssislərin hazırlığı sahəsində əməkdaşlıq inkişaf edir. **