2020-ci il sentyabrın 28-də “Azərbaycan Sənaye Sığorta” şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə şirkətin elanında deyilir.
“Yığıncaqda “Azərbaycan Sənaye Sığorta” ASC-nin Təftiş Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə ediləcək”, - deyə elanda bildirilir.
"Azərbaycan Sənaye Sığorta" ASC “Azersun Holding” şirkətlər qrupuna daxildir. Səhmdarları 2 hüquqi şəxs - “Azərbaycan Sənaye Bankı” və “Anadolu Investment Company” MMC-dir. Şirkətin nizamnamə kapitalı 11 milyon manatdır.*
Ə.Məmmədov