“Qala Sığorta” şirkəti Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşlarını könüllü tibbi sığorta üzrə sığortalayıb.
“"Qala Sığorta” müvafiq tenderin qalibi elan edilib. Şirkətlə DİM əməkdaşlarının könüllü tibbi sığortası üzrə xidmətlərin göstərilməsi haqqında 171,69 min manat dəyərində müqavilə bağlanıb”, - deyə mərkəzdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Xəbər verildiyi kimi, 2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin $6,5 milyona alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 milyon 50 manatdır.*
Ə.Məmmədov