“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 2020-ci ilin I yarısında əməkdaşlarının sayını artırmaqda davam edib.
Bankın I yarımillik üzrə hesabatına əsasən, 2020-ci ilin iyun ayının sonuna ABB-də 2332 nəfər (2019-cu sonuna 2150 nəfər) çalışıb. Beləliklə, I yarımillikdə ABB ştatı 8,5% artırıb.
2019-cu ildə ABB-nin işçi ştatı 18,3% artıb.
ABB 1992-ci ildə yaradılıb. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 91,4% təşkil edir. Bütövlükdə, kapitalda 95,27% pay dövlətə məxsusdur. Bankın nizamnamə kapitalı 1 milyard 241,287 milyon manata bərabərdir.*
Ə.Məmmədov