Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzİnTelekom” MMC Data Center-in infrastrukturu və şəbəkə sistemlərinin idarə edilməsi üçün ekspert xidmətlərinə 1 milyon manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, “AzİnTelekom” "Caspian Consolidated Services" MMC ilə müvafiq müqavilə imzalayıb.
Müqavilənin dəyəri - 998 min 818,08 manatdır.
“AzİnTelekom”un operatoru olduğu Data Center 2016-cı ilin dekabr ayında açılıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2015-ci ilin iyun ayında yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və sair xidmətlərdən ibarətdir.**
N.Abbasova