Voronejin “PerfoQrad” zavodu Azərbaycanda nümayəndəlik açıb.
“Bakıda nümayəndəliyin açılışı Rusiya istehsalı olan hasarlanma sistemləri və dəlinmiş metala tələbatın gözə çarpan artımı ilə fiktə olunub. Azərbaycan müştərilə üçün məhduılun ilk partiyası avqustun əvvəlində göndərilib”, - “İnterfaks-Azərbaycan” Voronej mətbuatına istinadən məlumat verib.
Şirkətin direktoru Aleksandr Mixin dəlinmiş məhsulların satışı üçün yeni regionun perspektivliyini qeyd edib.
“Bakıda yeni meydançamızın mövcudlu bizə Azərbaycan bazarında dəlinmiş metal məhsullarının reallaşdırılması imkanı verir, sonra isə İran və İraq bazarlarına çıxış perspektivləri açır”, - o vurğulayıb.
Mixinin sözlərinə görə, şirkət gələcəkdə tədsrük coğrafiyasının genişləndirilməsində maraqlıdır, çünki xarici tərəfdaşların rəğbətini qazanmaq niyyətindədir.
“PerfoQrad” MMC maşınqayırma və tikinti üçün dəlinmiş metal layların, kənd təsərrüfatı tor layların, çəpərləmə seksiyaları, metal torlar və lay emalı məhsullarının istehsalında ixtisaslaşır. Əsas istehsal aktivləri Voronejdə yerləşir.
Şirkətin Moskva, Sankt-Peterburq, Yekaterinburq, Perm, Rostov, Samara, Saratov, Kazan, Ufa, Simferopol və Rusiyanın digər şəhərlərində,o cümlədən, Qazaxıstan və Qırğızıstanda nümayəndəlikləri var. **
N.Abbasova