Təhsil Nazirliyi sentyabrın 15-dən uçaq bağçalarının, oktyabrın 1-dən məktəbəqədər və hazırlıq tədris müəssisələrinin fəaliyyətini mərhələli şəkildə bərpa etməyi planlaşdırır. Bunu təhsil naziri Emin Əmrullayev deyib.
“Sentyabrın 15-dən Azərbaycanda uşaq bağçalarının fəaliyyətini mərhələli şəkildə bərpa etməyi təklif edirik. İlk növbədə, koronavirus infeksiyasının yayılması aşağı olan regionlarda uçaq bağçaları açılacaq. Bu proses ölkədə sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla oktyabrın 1-dək davam edəcək”, - Əmrullayev bildirib.
O, həmçinin məlumat verib ki, bu il 120 min uşağın məktəbəqədər qruplarda tədrisi gözlənilir.
“Bir qayda olaraq, bu cür müəssisələrin fəaliyyəti oktyabrın 1-dən həftədə 4 dəfə olub. Cari il biz həftədə 2 dəfə olmaqla məktəbəqədər müəssisələrin fəaliyyəıtini oktyabrın 1-dən bərpa etməyi təklif edirik”, - nazir qeyd edib.
Azərbaycanda koronavirus səbəbindən martın 3-dən uşaq bağçaları və məktəbəqədər obyektlər bağlıdır. **
N.Abbasova