Sentyabrın 15-dən Azərbaycanın ali məktəblərində distant qaydada dərslərə başlanacaq. Bunu təhsil naziri Emi Əmrullayev deyib.
“Ali məktəblərdə sentyabrın 15-dən dərslərə distant qaydada başlamağı planlaşdırırıq. Birinci kurs tələbələrinə gəlincə isə, oktyabrın 1-dən tanışlıq məqsədilə bilavasitə ali məktəblərdə tədris prosesinə başlamaq planlaşdırılır”, - Əmrullayev cümə axşamı brifinqdə bildirib.
Onun sözlərinə görə, oktyabrın 15-dən həmçinin bir neçə ixtisas üzrə bilavasitə ali məktəblərdə tədrisə başlamaq planlaşdırılır. Hazırda bilavasitə ali məktəblərdə tədris olunacaq ixtisasların siyahısı hazırlanır.
Nazir əlavə edib ki, Azərbaycanın ali məktəblərində 176 min nəfər təhsil olacaq. Onlardan 113 min nəfər ödənişli əsasda təhsil alanlardır. **
B.Rüstəmbəyov