2020-ci ilin sentyabr ayında Bakıda keçirilməsi planlaşdırılan 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX) 2021-ci ilin oktyabr ayınadək təxirə salınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
“ADEX sərgisi sentyabr ayının birinci ongünlüyündə Bakıda keçirilməli idi. Lakin COVID-19 pandemiyası səbəbindən sərginin gələn ilədək təxirə salınmasına qərar verilib”, - deyə nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, sərgi 5-7 oktyabr 2021-ci il tarixlərində keçiriləcək.
“ADEX” Beynəlxalq Müdafiə Sərgisi 2014-cü ildən etibarən Azərbaycan prezidentinin hamiliyi ilə Bakıda keçirilir. İki ildə bir dəfə keçirilən sərginin təşkilatçısı Müdafiə Sənayesi Nazirliyidir.*
A.Əzizov