Gürcüstanın prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı ölkəsinə səfərə dəvət edib.
“COVID-19 pandemiyası bitdikdən sonra Sizinlə Gürcüstanda görüşməyi səbirsizliklə gözləyirəm”, - deyə Zurabişvili doğum günü münasibətilə M.Əliyevaya ünvanladığı təbrik məktubunda bildirib.
“Keçən il mənim Azərbaycana səfərim zamanı görüşümüz gələcək illərdə əməkdaşlığımıza qapılar açdı. Azərbaycan və Gürcüstan qədim dostluq, əsrlər boyu ümumi mübarizə və ortaq maraqlarla bir-birinə bağlı olan qonşu ölkələrdir. Bizim tərəfdaşlığımız dürüstlüyə əsaslanır”, - deyə Gürcüstan prezidenti vurğulayıb.*
B.Rüstəmbəyov