Azərbaycanda koronavirus infeksiyasına daha 142 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 35,986 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 527 nəfərə çatıb.
Virusa yoluxmuş 33,461 min nəfər (sutka ərzində +97) müalicə olunaraq sağalıb.
“1,998 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,014 min, hazırkı dövrədək isə 904,506 min test aparılıb.*
Ə.Məmmədov