2020-ci ilin sentyabr ayında Bakıda keçirilməsi planlaşdırılan 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX) 2022-ci ilin sentyabr ayınadək təxirə salınıb.
Sərginin təşkilatçısı olan «Caspian Event Organisers» şirkətindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, sərgi sentyabr ayının ilk ongünlüyündə Bakıda keçirilməli idi.
“Lakin COVID-19 pandemiyası səbəbindən sərginin 2022-ci ilin sentyabr ayınadək təxirə salınmasına qərar verilib. Sərgi 6-8 sentyabr tarixlərində keçiriləcək”, - deyə şirkətdən bildiriblər.
Sərgi Müdafiə Sənayesi Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.*
Ə.Məmmədov