Azərbaycanda koronavirus infeksiyasına daha 188 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 36,174 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 529 nəfərə çatıb.
Virusa yoluxmuş 33,579 min nəfər (sutka ərzində +118) müalicə olunaraq sağalıb.
“2,69 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6,384 min, hazırkı dövrədək isə 910,890 min test aparılıb.*
B.Rüstəmbəyov