"LUKOIL–Azerbaijan" QSC Bakının Binəqədi rayonunda 20 saylı yanacaqdoldurma məntəqəsində təmir-tikinti işlərinin həyata keçirilməsi üzrə tender elan edib. Bu barədə şirkətin elanında deyilir.
Tender iki mərhələdə keçiriləcək.
QSC təmir-tikinti və reklam quraşdırma işlərini alır.
Tender təklifləri 25 sentyabr saat 18:00-dək qəbul olunur. Tender proseduru 29 sentyabr saat 11:00-da baş tutacaq.
Telefon: (012) 497-41-41, (050) 306-78-11, əlaqələndirici şəxs – Bəxtiyar Xambatov.
“LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur.
Şirkət “Şah-Dəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOIL” brendi altında 60-dan çox YDM ilə təmsil olunur.*
N.Abbasova