Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Hövsan qəsəbəsində çoxmənzilli yaşayış kompleksinin tikintisi çərçivəsində podratçılar seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tender 4 lot üzrə keçirilir:
Lot-1 – 24, 25, 27 və 28 nömrəli 9 mərtəbəli 2 bloklu, 23 və 26 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi;
Lot-2 – 47, 48, 50 və 51 nömrəli 9 mərtəbəli 2 bloklu, 49 və 52 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi;
Lot-3 – 56 və 57 nömrəli 9 mərtəbəli 2 bloklu, 55 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi;
Lot-4 – 59 və 60 nömrəli 9 mərtəbəli 2 bloklu, 58 nömrəli 12 mərtəbəli bir bloklu yaşayış binalarının tikintisi.
Lot-1 və Lot-2-də iştirak haqqı 1,2 min manat, Lot-3 və Lot-4-də iştirak haqqı 600 manatdır.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcək: aşağı qiymət, satınalma müqaviləsinin vaxtında yerinə yetirilməsi, podratçının ixtisas göstəricilərinin aidiyyəti işlər üzrə uyğunluğu, analoji işlər üzrə təcrübəsi, texniki, maliyyə və kadr imkanları.
İddiaçılar öz tender təkliflərini 12 oktyabr saat 15.00-a qədər təqdim etməlidirlər. Tender təklifi zərfləri 13 oktyabr tarixində saat 15.00-da açılacaq.
Yaşayış kompleksi Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə inşa ediləcək.
Hazırda MİDA Yasamal rayonunda 2, Hövsan qəsəbəsində 1 yaşayış kompleksinin tikintisini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılmasına başlayıb.*
B.Rüstəmbəyov