Prezident İlham Əliyev bu gün Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev hospitalın açılışında videoformatda iştirak edib.
Bu, koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli ikinci hospitaldır.
Birinci hospital iyul ayında Bakının Xətai rayonunda açılıb. Bu hospital 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var.*
B.Rüstəmbəyov