Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 100 milyon manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Avqustun 31-də keçirilən hərracda təklif 515,3 milyon manat təşkil etsə də, Mərkəzi Bank 100 milyon manat cəlb edib. Hərrac zamanı orta ölçülmüş faiz dərəcəsi 6,26% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.*
Ə.Məmmədov