Azərbaycan 2020-ci ilin yanvar-iyul aylarında $1 milyard 35 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 8,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm pomidor ($166,5 milyon – artım 17,9%), qızıl ($96,5 milyon – artım 13,5%), çiyidli pambıq ($70,6 milyon – azalma 14,1%), təmizlənmiş fındıq ($56,4 milyon – azalma 20,9%), albalı və gilas ($48,6 milyon – artım 15,2%), polipropilen ($46,7 milyon – artım 11,7%), elektrik enerjisi ($42,6 milyon – azalma 24,7%), kartof ($33,8 milyon - аrtım 26,1%) və polietilenin ($28,1 milyon – azalma 40,3%) payına düşüb.
Bu dövrdə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($418,6 milyon – artım 5,7%), Türkiyə ($205 milyon - azalma 18,4%), İsveçrə ($107,6 milyon – artım 21,8%), Gürcüstan ($84,2 milyon – azalma 16,1%) və Çin ($31,7 milyon – artım 60,9%) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 41,8%-i RF-nin payına düşüb.
2019-cu ildə Azərbaycan $1 milyard 954 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixrac həcmi $3 milyardı ötəcək.*
B.Rüstəmbəyov