2020-ci ilin yanvar-iyul aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $586,102 milyon təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2020-ci ilin yanvar-iyul aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($81,1 milyon), özəl şirkətlər arasında isə “SOCAR Polymer” ($74,9 milyon) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - deyə məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "AzerGold" QSC ($53,3 milyon), "Azəralüminum" MMC ($43,2 milyon), "Azərenerji" ASC ($42,3 milyon), «Azərpambıq Aqrar Sənaye Kompleksi» MMC ($13,4 milyon), "Azərbaycan Hava Yolları" ($5 milyon), «Azərtütün Aqrar Sənaye Kompleksi» MMC ($869 min), «Azərbaycan İES» MMC ($822 min), Naxçıvan Dövlət Energetika Xidməti ($240 min), «Suraxanı maşınqayırma zavodu» MMC ($171 min) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısına isə «Land Lojistic» MMC ($57,5 milyon), Azerbaijan International Mining Company ($52,3 milyon), "MKT İstehsalat Kommersiya" MMC ($45,6 milyon), "Fruit Store" MMC ($24,5 milyon), "Global Trade Group" MMC ($22,7 milyon), «Sun Food» MMC ($21 milyon), «AZAGROEXPORT 2017» MMC ($16,7 milyon), "Baku Steel Company" MMC ($15,3 milyon) və «Aqrovest» MMC ($15,2 milyon) daxildir.
Azərbaycan 2020-ci ilin yanvar-iyul aylarında $1 milyard 35 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.*
N.Abbasova