2020-ci ilin yanvar-iyul aylarında “Azexport.az” portalına ümumilikdə $374,5 milyon məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Cari ilin iyul ayında ixrac sifarişlərinin dəyəri $55 milyon təşkil edib.
Bütövlükdə, 2017-ci il yanvarın 1-dən 2020-ci il avqustun 1-dək $1 milyard 953,3 milyon məbləğində ixrac sifarişləri daxil olub.
2019-cu ildə “Azexport.az” portalına $595,7 milyon məbləğində ixrac sifarişləri daxil olub və 2018-ci illə müqayisədə artım 15,9% təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekabr ayında “Azexport.az” portalını istifadəyə verib.*
B.Rüstəmbəyov