2020-ci ilin yanvar-avqust aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $114,8 milyon dəyərində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
Yanvarda bu göstərici $13,8 milyon, fevralda $8,1 milyon, martda $15,3 milyon, аpreldə $1,9 milyon, mаyda $15,5 milyon, iyunda $23,7 milyon, iyulda $17 milyon, avqustda $19,5 milyon (ilkin məlumatlara əsasən) təşkil edib.
Xəbər verildiyi kimi, 2019-cu ildə bu göstərici $140,4 milyon təşkil edib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.*
B.Rüstəmbəyov