Azərbaycanda koronavirus infeksiyasına daha 126 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 36,435 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 534 nəfərə çatıb.
Virusa yoluxmuş 33,847 min nəfər (sutka ərzində +144) müalicə olunaraq sağalıb.
“2,54 min nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”, - deyə məlumatda qeyd olunur.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5,042 min, hazırkı dövrədək isə 922,069 min test aparılıb.*
B.Rüstəmbəyov