2020-ci il sentyabrın 1-nə Silahlı Qüvvələrə Yardım Fondunda $67 milyona yaxın vəsait yığılıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Silahlı Qüvvələrə Yardım Fonduna cari il sentyabrın 1-dək 113 milyon 414,815 min manat (cari məzənnə ilə $66,7 milyondan çox), $213,578 min, 18,341 min avro və 5 min rubl vəsait daxil olub", - məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.** X.Nəsirzadə