Azərbaycanın müdafiə naziri Zakir Həsənov sentyabrın 3-də Moskvaya səfər edəcək.
“General-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv-dövlətləri müdafiə nazirlərinin sentyabrın 4-də keçiriləcək görüşündə iştirak edəcək. Səfər sentyabrın 6-dək davam edəcək”, - deyə Müdafiə Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.*
X.Nəsirzadə