Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci ilədək orta illik inflyasiyanın 2,7%-dək azalmasını proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilir.
Nazirlikdən qeyd olunur ki, İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2020-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2019-cu ildə 2,6%-ə qarşı 3,1% təşkil edəcək.
Lakin, 2021-ci ildən başlayaraq inflyasiya azalacaq: 2021-ci ildə - 3%, 2022-ci ildə - 2,8%, 2023-cü ildə - 2,8%, 2024-cü ildə - 2,7% təşkil edəcək. **
A.Əzizov