2021-ci ildə Azərbaycan Dövlət Neft Fondunun gəlirləri 5 milyard 932,9 milyon manat səviyyəsində proqnozlaşdırlır. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
Gələn il üçün ARDNF-nin xərcləri 12 milyard 420,5 milyon manat səviyyəsində proqnozlaşdırılır, bunun 12 milyard 200 milyon manatı dövlət büdcəsinə transfertlərin payına düşür.
2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri 5 milyard 146,3 milyon manat səviyyəsində proqnozlaşdırılır, bu da 2020-ci ilin proqnozundan 7,6% çoxdur.
2021-ci ildə İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 152,4 milyon manat səviyyəsində proqnozlaşdırılır, bu da 2020-ci ilin proqnozundan 0,8% çoxdur.
Ümumilikdə, 2021-ci ildə icmal büdcənin gəlirləri 20 milyard 619,1 milyon manat (azalma 5,7%), xərcləri – 28 milyard 627,2 milyon manat (azalma 5,%%) səviyyəsində proqnozlaşdırılır. Beləliklə, 2021-ci ildə icmal büdcənin kəsiri 8 milyard 8,1 milyon manat səviyyəsində proqnozlaşdırılır. **
Ə.Məmmədov